ASUS ROG Phone 8-in dizaynı ortaya çıxıb
Cihazlar+
13.12.2023
Emil Nəcəfov
ASUS şirkəti özünün ROG Phone 8 smartfon seriyasının təqdimatını artıq anons edib. Sözügedən smartfon seriyası 16 yanvar tarixində təqdim olunacaq. İndi isə internetdə ROG Phone 8-in render fotoları ortaya çıxıb. Ortaya çıxmış render fotolardan da görmək olar ki, ROG Phone 8 xarici görünüşcə ROG Phone 7-dən tamamilə fərqlənəcək. Yeni smartfon daha minimalistik dizaynı və daha yastı gövdəni əldə edəcək. Smartfonun arxa panelində 3 ədəd kamera obyektivi və RGB işıqlandırmaya sahib ROG loqosu yerləşəcək. Son məlumat sızıntılarına əsasən ROG Phone 8 smartfonu 165 Hz-lik təsvir yenilənməsinə sahib OLED ekran, Snapdragon 8 Gen 3 prosessoru və 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
ASUS ROG Phone 8--in təqdimatı anons edilib
ASUS ROG Phone 8--in təqdimatı anons edilib
Keçən həftə ASUS şirkəti ROG Phone 8 smartfonunun ilk tizer fotosunu təqdim etmişdi.
ASUS kompakt ölçülü smartfonların istehsalından imtina edə bilər
ASUS kompakt ölçülü smartfonların istehsalından imtina edə bilər
Kompakt ölçülü smartfonlar bazarı olduqca kiçikdir və bu cür smartfonlar tez-tez təqdim olunmur.
ASUS ROG Phone 8 gaming smartfonunun ilk tizer fotosu təqdim edilib
ASUS ROG Phone 8 gaming smartfonunun ilk tizer fotosu təqdim edilib
ASUS şirkəti ROG Phone 8 gaming smartfonunun ilk tizer fotosunu təqdim edib.
ASUS ROG Phone 8 Ultimate smartfonu Geekbench testlərindən keçib
ASUS ROG Phone 8 Ultimate smartfonu Geekbench testlərindən keçib
ASUS şirkəti ROG Phone 8 smartfon seriyasının təqdimatına hazırlaşır.
ASUS ROG Phone 8 Ultimate gaming smartfonunun vacib özəlliklərindən biri məlum olub
ASUS ROG Phone 8 Ultimate gaming smartfonunun vacib özəlliklərindən biri məlum olub
ASUS şirkəti gələn il ROG Phone 8 smartfon seriyasını təqdim etməlidir.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!