
ASUS ROG Phone 8-in əsas özəlliklərindən biri rəsmi şəkildə açıqlanıb
Cihazlar+
25.12.2023
Emil
ASUS şirkəti özünün ROG Phone 8 smartfon seriyası barəsində məlumatlar verməyə davam edir. Qeyd etmək lazımdır ki, sözügedən smartfon seriyası 8 yanvar tarixində təqdim ediləcək. Beləliklə Çinin Weibo adlı sosial şəbəkəsində şirkət tərəfindən verilmiş məlumata əsasən ROG Phone 8 seriyasının smartfonlarının gövdələri IP68 standartı üzrə sudan qorunacaqlar.
Müqayisə üçün qeyd etmək lazımdır ki, ASUS ROG Phone 7 smartfonlarının gövdələri IP54 standartı üzrə sudan qorunurlar. ASUS ROG Phone 8 seriyasına minimum iki smartfonun daxil olacağı gözlənilir. ROG Phone 8 və ROG Phone 8 Pro. Daha öncəki məlumat sızıntılarına əsasən ROG Phone 8 smartfonu 165 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.78 düym AMOLED ekranla təchiz olunacaq və Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
