Logo
    main-post-cover

    ASUS ROG Phone 8 smartfonlarının yeni fotoları və texniki göstəriciləri ortaya çıxıb

    Cihazlar+
    15.12.2023
    Emil
         İnternetdə ASUS ROG Phone 8 smartfonlarının yeni fotoları və texniki göstəriciləri ortaya çıxıb. Beləliklə ASUS ROG Phone 8 smartfon seriyasına minimum iki model daxil olacaq. ROG Phone 8 və ROG Phone 8 Pro. Onlar öz aralarında RAM və daxili yaddaş həcmi ilə fərqlənəcəklər. Adi ROG Phone 8 modeli 12 GB RAM ilə 256 GB daxili yaddaş həcmini, ROG Phone 8 Pro isə 16 GB RAM-ı, 512 GB / 1 TB daxili yaddaş həcmini əldə edəcək.
         Məlumata əsasən smartfonlar 165 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.78 düym AMOLED ekran, Snapdragon 8 Gen 3 prosessoru, 50 MP + 13 MP + 32 MP üçlü arxa kameranı, 32 MP-lik ön kameranı və 65 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareyanı əldə edəcəklər. Bununla yanaşı smartfonların ekranları Gorilla Glass Victus 2 qoruyucu şüşəsi ilə əhatə olunacaq və smartfonların gövdələri IP68 standartı üzrə sudan qorunacaqlar. Qeyd etmək lazımdır ki, ASUS ROG Phone 8 smartfon seriyası 16 yanvar tarixində təqdim olunacaq.
    Paylaş