
ASUS ROG Phone 8 Ultimate smartfonu Geekbench testlərindən keçib
Cihazlar+
21.11.2023
Emil
ASUS şirkəti ROG Phone 8 smartfon seriyasının təqdimatına hazırlaşır. Sözügedən seriyaya 3 model daxil olmalıdır. ASUS ROG Phone 8, ROG Phone 8 Pro və ROG Phone 8 Ultimate. Məlum olub ki, ROG Phone 8 Ultimate modeli Geekbench testlərindən keçib. Bunun sayəsində smartfonun bəzi texniki imkanları məlum olub. Beləliklə Geekbench testlərinə əsasən ROG Phone 8 Ultimate smartfonu Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq və maksimal konfiqurasiya versiyasında 24 GB RAM-ı əldə edəcək. Geekbench testlərindən smartfonun məhz 24 GB RAM-a sahib versiyası keçib. Bundan əlavə olaraq təsdiqlənib ki, ROG Phone 8 Ultimate Android 14 əməliyyat sisteminə sahib olacaq. Smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 2235 xal, çox nüvəli testi çərçivəsində isə 7098 xal toplayıb. ASUS ROG Phone 8 smartfon seriyasının 2024-cü ilin əvvəlində təqdim olunacağı gözlənilir.

Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
