
ASUS ROG Phone 8 və ROG Phone 8 Pro təqdim olunub - QİYMƏTİ
Cihazlar+
09.01.2024
Emil
ASUS şirkəti özünün yeni flaqman smartfon seriyasını təqdim edib. Söhbət, ASUS ROG Phone 8 gaming smartfon seriyasından gedir. Sözügedən seriyaya iki model daxil olub. ASUS ROG Phone 8 və ROG Phone 8 Pro. Hər iki smartfon xarici görünüşcə oxşardırlar. Onların hətta bəzi texniki göstəriciləri də eynidir. Hər iki smartfon 165 Hz-lik təsvir yenilənməsinə sahib 2400x1080 piksel keyfiyyətli 6.78 düym AMOLED ekranla təchiz olunub. Hər iki smartfonda ekranın maksimal parlaqlıq səviyyəsi 2500 nit təşkil edir və Gorilla Glass Victus 2 qoruyucu şüşəsi ilə əhatə olunub.

Barmaq izi skanı texnologiyası da bu smartfonlarda birbaşa ekrana inteqrasiya edilib. Smartfonların gövdələri IP68 standartı üzrə sudan qorunurlar və özlərində stereo səsgücləndiriciləri, naqilli qulaqlıqlar üçün 3.5 mm-lik audiogirişi və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirirlər. İlk növbədə qeyd etmək lazımdır ki, hər iki smartfon Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışır. Adi ROG Phone 8 modeli 12/16 GB RAM və 256 GB daxili yaddaş həcmi, ROG Phone 8 Pro modeli isə 16/24 GB RAM və 512 GB/1 TB daxili yaddaş həcmi ilə təchiz olunub.

Kameralar hər iki smartfonda eynidirlər. Belə ki, bu smartfonlar 50 MP (f/1.9 diafraqma, optik stabilizasiya) + 13 MP (f/2.4 diafraqma, 120 dərəcə bucaq əhatəsi) + 32 MP (f/2.4 diafraqma, 3 qat optik zoom, optik stabilizasiya) üçlü arxa kameraya və 32 MP-lik ön kameraya sahibdir. Batareya həcmi də smartfonlarda eynidir. Söhbət, 65 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareyadan gedir. ASUS ROG Phone 8 smartfonları qutudan Android 14 vasitəsilə çalışırlar. Sözügedən smartfonlar artıq gələn ay satışa çıxacaqlar. ROG Phone 8-in qiyməti 1099 avrodan, ROG Phone 8 Pro-nun qiyməti isə 1199 avrodan start götürəcək.
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Təqdimata hazırlaşan ASUS ROG Phone 8 Pro-nun render fotoları ortaya çıxıb
Artıq məlumdur ki, ASUS şirkəti 16 yanvar tarixində ROG Phone 8 smartfon seriyasını təqdim edəcək.

Cihazlar+
ASUS-un yeni gaming noutbuku Geekbench testlərindən keçib
ASUS şirkəti TUF Gaming F16 adlı yeni gaming noutbukunun təqdimatına hazırlaşır.

Cihazlar+
ASUS öz yeni gaming monitoru barəsində məlumatlar verib
ASUS şirkəti gələn ay Los-Ancelesdə baş tutacaq CES 2024 sərgisində ROG Swift OLED PG32UCDP adlı yeni gaming monitorunu təqdim edəcək.

Cihazlar+
ASUS ROG Phone 8-in əsas özəlliklərindən biri rəsmi şəkildə açıqlanıb
ASUS şirkəti özünün ROG Phone 8 smartfon seriyası barəsində məlumatlar verməyə davam edir.

Cihazlar+
ASUS ROG Phone 8 flaqman smartfonu Geekbench testlərindən keçib
ASUS şirkəti ROG Phone 8 smartfon seriyasını 16 yanvar tarixində təqdim edəcək.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
