ASUS ROG Phone 9 barəsində ilk məlumatlar verilib
ASUS şirkəti gələn ilin əvvəlində ROG Phone 9 smartfon seriyasını təqdim etməlidir. Gözləntilərə əsasən bu seriyaya iki model daxil olacaq. ASUS ROG Phone 9 və ROG Phone 9 Pro. İndi isə insayderlər adi ROG Phone 9-un texniki imkanları ilə bağlı ilk məlumatları təqdim ediblər. Beləliklə insayderlərin sözlərinə əsasən ASUS ROG Phone 9 smartfonu gələn ay təqdim ediləcək Snapdragon 8 Gen 4 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı smartfon ən yüksək konfiqurasiyada 24 GB RAM ilə 1 TB daxili yaddaş həcmini əldə edəcək. ASUS ROG Phone 9-un OLED ekrana sahib olacağı və 5500 mAh və ya ondan daha böyük həcmli batareyanı əldə edəcəyi gözlənilir.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...
Ən çox oxunanlar