
ASUS ROG Phone 9 FE-nin render fotoları və texniki imkanları təqdim edilib
Cihazlar+
24.01.2025
Emil
ASUS keçən ilin noyabr ayında təqdim etmiş olduğu ROG Phone 9 smartfonunun büdcəli versiyası olacaq ROG Phone 9 FE-nin təqdimatına hazırlaşır. İndi isə 91mobiles saytı ROG Phone 9 FE-nin ilk render fotolarını və texniki imkanlarını təqdim edib. Təqdim edilmiş render fotolardan da görmək olar ki, təqdimata hazırlaşan ROG Phone 9 FE modeli xarici görünüşcə adi ROG Phone 9-a bənzəyəcək. Yeni smartfon da yastı gövdə dizaynını əldə edəcək və onun arxa panelində 5 bucaqlı formasında kamera sahəsi yerləşəcək.

Məlumatda qeyd edilib ki, ROG Phone 9 FE smartfonu Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq və özündə 16 GB RAM ilə 256 GB yaddaş həcmini birləşdirəcək. Bununla yanaşı gözləntilərə əsasən smartfon 165 Hz-lik təsvir yenilənməsinə sahib 2400x1080 piksel keyfiyyətli 6.78 düym ölçülü AMOLED LTPO ekranla təchiz olunacaq. Məlumata əsasən kameralar mövzusunda smartfon 50 MP + 13 MP + 5 MP üçlü arxa kameraya və 32 MP-lik ön kameraya sahib olacaq. Batareyaya gəldikdə isə ROG Phone 9 FE özündə 65 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareyanı birləşdirməlidir.

Paylaş
Bənzər xəbərlər

Cihazlar+
ASUS ROG Phone 9 FE smartfonu təqdimata hazırlaşır
ASUS şirkəti keçən ilin noyabr ayında ROG Phone 9 smartfon seriyasını təqdim etmişdi. Bu seriyaya adi ROG Phone 9 ilə yanaşı ROG Phone 9 Pro da daxil oldu. Bu smartfonların təqdimatlarından bir neçə müddət sonra isə məlumat ortaya çıxdı ki, şirkət adi ROG Phone 9-un büdcəli versiyası üzərində çalışır.

Cihazlar+
Təqdimata hazırlaşan ASUS Zenfone 12 Ultra smartfonu Geekbench testlərindən keçib
Biz biraz əvvəl xəbər verdik ki, ASUS şirkəti növbəti flaqman smartfonu olacaq ASUS Zenfone 12 Ultra-nın təqdimatını anons edib. Sözügedən smartfon 6 fevral tarixində təqdim ediləcək.

Cihazlar+
ASUS Zenfone 12 Ultra flaqman smartfonunun təqdimatı anons edilib
ASUS şirkəti öz növbəti flaqman smartfonunun təqdimatını anons edib. Söhbət, ASUS Zenfone 12 Ultra-dan gedir.

Cihazlar+
Kompakt ölçülü ASUS ROG NUC 2025 kompüteri təqdim edilib
ASUS şirkəti CES 2025 sərgisi çərçivəsində ROG NUC 2025 adlı kompakt ölçülü kompüterini təqdim edib. Öz kompakt ölçüsünə baxmayaraq bu kompüter yüksək keyfiyyətli oyunları işə salmağa qadirdir.

Cihazlar+
ASUS TUF Gaming A18 gaming noutbuku təqdim edilib
ASUS öz yeni gaming noutbukunu təqdim edib. Şirkətin yeni gaming noutbuku ASUS TUF Gaming A18 adlanır.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
