
ASUS ROG Phone 9 FE smartfonu təqdimata hazırlaşır
Cihazlar+
21.01.2025
Emil
ASUS şirkəti keçən ilin noyabr ayında ROG Phone 9 smartfon seriyasını təqdim etmişdi. Bu seriyaya adi ROG Phone 9 ilə yanaşı ROG Phone 9 Pro da daxil oldu. Bu smartfonların təqdimatlarından bir neçə müddət sonra isə məlumat ortaya çıxdı ki, şirkət adi ROG Phone 9-un büdcəli versiyası üzərində çalışır və o, ROG Phone 9 FE adlanacaq. İndi isə bu məlumat öz təsdiqini tapıb. Belə ki, Malayziya və Taylandın sertifikatlaşdırma agentliklərindəki sənədlərə əsasən ASUS şirkəti ROG Phone 9 FE adlı smartfonunu qeydiyyatdan keçirib.
Smartfonun adındakı FE hissəsi onun məhz ROG Phone 9-un büdcəli versiyası olacağını əks etdirir. ROG Phone 9 FE-nin texniki imkanları barəsində hələ ətraflı bir məlumat yoxdur. Lakin gözləntilərə əsasən sözügedən smartfon Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışa bilər. Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən ilin sonuna yaxın təqdim edilmiş ROG Phone 9 modeli Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışır. Bu smartfonun yaxın zamanda təqdim olunacağı güman edilir.

Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
