ASUS ROG Phone 9 gaming smartfonunun təqdimatı anons edilib
ASUS şirkəti ROG Phone 9 gaming smartfonunun təqdimatını anons edib. Şirkətin X (keçmiş Twitter) hesabındakı paylaşıma əsasən sözügedən yeni smartfon 19 noyabr tarixində təqdim olunacaq. Üstəlik paylaşım vasitəsilə şirkət təsdiqləyib ki, ASUS ROG Phone 9 smartfonu Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı smartfonda mobil oyunlar mövzusunda istifadəçi təcrübəsini yaxşılaşdıracaq xüsusi süni zəkanın olacağı da gözlənilir. ASUS ROG Phone 9 smartfonu 24 GB-a kimi RAM-ı, 1 TB-a kimi daxili yaddaş həcmini, 65 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini və IP68 standartı üzrə sudan qorunma özəlliyini əldə etməlidir.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...