Logo
    ASUS ROG Phone 9 Pro bazarda ən sürətli ekranı əldə edəcək

    ASUS ROG Phone 9 Pro bazarda ən sürətli ekranı əldə edəcək

    Cihazlar+
    01.11.2024
          ASUS şirkəti 19 noyabr tarixində ASUS ROG Phone 9 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya iki modelin daxil olacağı gözlənilir. ASUS ROG Phone 9 və ROG Phone 9 Pro. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder ROG Phone 9 Pro modelinin ekranı barəsində təfərrüatları bölüşüb. Onun sözlərinə əsasən ROG Phone 9 smartfonlar arasında ən sürətli ekranı əldə edəcək.
         Məlumatda qeyd edilib ki, smartfon 185 Hz-lik təsvir yenilənməsinə sahib LTPO ekranla təchiz olunacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, hal-hazırda aktual olan ASUS ROG Phone 8 Pro smartfonunun ekranı 165 Hz-lik təsvir yenilənməsini dəstəkləyir. İnsayderin sözlərinə əsasən 185 Hz-lik təsvir yenilənməsi özəlliyini yalnız ROG Phone 9 Pro əldə edəcək. Gözləntilərə əsasən ROG Phone 9 Pro smartfonu Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq və onun gövdəsi IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahib olacaq.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    ASUS ROG Phone 9 Pro bazarda ən sürətli ekranı əldə edəcək