
ASUS ROG Phone 9-un büdcəli versiyası hazırlanır
Cihazlar+
27.11.2024
Emil
ASUS bir neçə müddət bundan öncə ASUS ROG Phone 9 smartfonlarını təqdim etdi. Bu seriyaya adi ROG Phone 9 ilə yanaşı ROG Phone 9 Pro da daxil oldu. İndi isə məlumat ortaya çıxıb ki, şirkət ROG Phone 9-un büdcəli versiyasını təqdim edə bilər. Məsələ burasındadır ki, ROG Phone 9-un model nömrəsinə bənzər model nömrəyə sahib cihaz Wi-Fi Alliance təşkilatının məlumatlar bazasında ortaya çıxıb.
Ortaya çıxmış cihaz ASUS_AI2401_N model nömrəsinə sahibdir. Smartfonun necə adlanacağı barəsində məlumat yoxdur. Lakin daha öncəki məlumat sızıntılarına inansaq, smartfon bazara ROG Phone 9 FE adı ilə satışa çıxa bilər. Smartfonun texniki imkanları da bilinmir. Lakin insayderlər güman edirlər ki, smartfonun daha aşağı satış qiymətinə sahib olması üçün şirkət onda Snapdragon 8 Elite prosessoru əvəzinə Snapdragon 8 Gen 3 prosessorunu istifadə edə bilər.
Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
