
ASUS ROG Phone 9-un real fotoları ortaya çıxıb
Cihazlar+
24.10.2024
Emil
ASUS şirkəti dünən ASUS ROG Phone 9 gaming smartfonunun təqdimatını anons etdi. Sözügedən smartfon 19 noyabr tarixində təqdim olunacaq. İndi isə internetdə ASUS ROG Phone 9-un real fotoları ortaya çıxıb. Ortaya çıxmış fotolardan da görmək olar ki, bu yeni smartfon xarici görünüşcə demək olar ASUS ROG Phone 8-ə bənzəyir. Belə ki, ASUS ROG Phone 8 kimi ROG Phone 9 da yastı ekrana və arxa kamera sahəsinin tanınan dizaynına sahibdir. Ekranın üzərində isə kiçik dairəvi çıxıntı yerləşir. Fotolardan birində əks olunub ki, ASUS ROG Phone 9 smartfonu Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışır. Şirkət artıq bu məlumatı dünən təsdiqləyib.



Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
