
ASUS ROG Strix Ace XG248QSG gaming monitoru təqdim olunub
Cihazlar+
20.05.2025
Emil
ASUS şirkəti Computex 2025 sərgisi çərçivəsində ROG Strix Ace XG248QSG adlı yeni gaming monitorunu təqdim edib. Bu yeni gaming monitor yüksək göstəricidə təsvir yenilənməsi ilə seçilir və ilk növbədə kiberidmançılar üçün nəzərdə tutulub. Beləliklə ASUS ROG Strix Ace XG248QSG monitoru 610 Hz-lik təsvir yenilənməsinə sahib Full HD keyfiyyətli 24.1 düym ölçülü Super TN ekranla təchiz olunub. Ekranın istifadəçi əməliyyatlarına reaksiya müddəti 0.1 millisaniyə təşkil edir. Ekran DCI-P3 rəng diapazonunun 90%-ni əhatə edir. Monitor özündə AMD FreeSync Premium və NVIDIA G-SYNC texnologiyalarının dəstəklərini birləşdirir. Monitor DisplayPort 1.4, HDMI 2.1 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi əldə edib. ASUS ROG Strix Ace XG248QSG-nin nə zaman və hansı qiymətə satışa çıxacağı açıqlanmayıb.

Paylaş
Ən çox oxunanlar

Günəşə oxşar ulduzun ətrafında su kəşf edilib
