Logo
    main-post-cover

    ASUS ROG Strix XG258QMG gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    10.02.2025
    Emil
         ASUS şirkəti orta büdcəli yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru ASUS ROG Strix XG258QMG adlanır. Beləliklə bu yeni monitor 280 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1080 piksel keyfiyyətli 24.5 düym ölçülü TN ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.2 millisaniyə təşkil edir. Ekran 8 bit-lik rəngləri dəstəkləyir və sRGB rəng diapazonunun 120%-ni əhatə edir. Monitor özündə DisplayPort 1.4 HDMI 2.0 girişlərini birləşdirir. ASUS ROG Strix XG258QMG artıq Çində satışa çıxıb və onun qiyməti 265$ təşkil edir. Monitorun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Paylaş