
ASUS ROG Strix XG259QNG-W gaming monitoru təqdim edilib
Cihazlar+
12.09.2024
Emil
ASUS şirkəti özünün ROG brendi altında yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru ASUS ROG Strix XG259QNG-W adlanır. Beləliklə bu yeni gaming monitor 380 Hz-lik təsvir yenilənməsinə sahib Full HD keyfiyyətli 24.5 düym ölçülü Fast IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran Adaptive Sync texnologiyasını dəstəkləyir və sRGB rəng diapazonunun 110%-ni əhatə edir. Monitor özündə HDMI 2.0, DisplayPort 1.4 və USB 3.2 Gen 1 girişlərini birləşdirir. ASUS ROG Strix XG259QNG-W monitorunun nə zaman və hansı qiymətə satılacağı barəsində məlumat verilməyib.

Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
