Logo
    main-post-cover

    ASUS ROG Strix XG27ACDMS gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    08.07.2025
         ASUS öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru ASUS ROG Strix XG27ACDMS adlanır. Beləliklə bu yeni monitor 280 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 27 düym ölçülü QD-OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.03 millisaniyə təşkil edir. Ekran 10 bit-lik rəngləri dəstəkləyir və DCI-P3 rəng diapazonunun 99%-ni əhatə edir. Monitor özündə NVIDIA G-SYNC AMD FreeSync texnologiyalarının dəstəklərini birləşdirir. Monitor DisplayPort 1.4, HDMI 2.1, USB-C girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi əldə edib. ASUS ROG Strix XG27ACDMS artıq Çində satışa çıxıb və onun qiyməti 550$ təşkil edir. Monitorun qlobal bazarda satışa çıxma ehtimalı da var.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    ASUS ROG Strix XG27ACDMS gaming monitoru təqdim edilib - QİYMƏTİ | Technote