main-post-cover

    ASUS ROG Strix XG27ACDNG gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    23.08.2024
    Emil Nəcəfov
         ASUS şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru ASUS ROG Strix XG27ACDNG adlanır. Beləliklə bu yeni monitor 360 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 26.5 düym ölçülü QD-OLED ekranla təchiz olunub. Ekranın standart parlaqlıq səviyyəsi 250 nit, maksimal parlaqlıq səviyyəsi 1000 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.03 millisaniyə təşkil edir. Ekran 10 bit-lik rəngləri dəstəkləyir və DCI-P3 rəng diapazonunun 99%-ni əhatə edir. Monitor özündə HDMI 2.1, DisplayPort 1.4, USB-C girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audio girişi birləşdirir. USB-C vasitəsilə digər cihazları şarj etmək mümkündür. Bunun üçün o, 90 vatt çıxış gücünə sahibdir. ASUS ROG Strix XG27ACDNG artıq satışa çıxıb və onun qiyməti 699$ təşkil edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    ASUS ROG Swift OLED PG27AQDP gaming monitoru təqdim edilib - QİYMƏTİ
    asus-rog-swift-oled-pg27aqdp-gaming-monitoru-teqdim-edilib-qiymeti
    dim ASUS Zenbook 16 Air noutbuku təqdim edilib - QİYMƏTİ
    asus-zenbook-16-air-noutbuku-te
    ASUS performanslı AMD prosessorlu yeni monoblokunu təqdim edib
    asus-performansli-amd-prosessorlu-yeni-monoblokunu-teqdim-edib
    ASUS ProArt 13 (2024) noutbuku təqdim edilib - QİYMƏTİ
    asus-proart-13-2024-noutbuku-teqdim-edilib-qiymeti
    ASUS VivoWatch 6 smart saatı təqdim edilib - QİYMƏTİ
    asus-vivowatch-6-smart-saati-teqdim-edilib-qiymeti