main-post-cover

    ASUS ROG Strix XG27ACG gaming monitoru təqdim olunub

    Cihazlar+
    15.05.2024
    Emil Nəcəfov
         ASUS şirkəti özünün ROG brendi altında yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru ASUS ROG Strix XG27ACG adlanır. Beləliklə bu yeni gaming monitor 180 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 27 düym Fast IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit təşkil edir. Ekranın istifadəçi tərəfindən olan əməliyyatlara reaksiya müddəti isə 1 millisaniyədir. Bununla yanaşı ekran sRGB rəng diapazonunun 125%-ni, DCI-P3 rəng diapazonunun isə 95%-ni əhatə edir. O özündə NVIDIA G-SyncAMD FreeSync texnologiyalarının dəstəklərini birləşdirir.
         ASUS ROG Strix XG27ACG-də Dynamic Shadow Boost ELMB Sync texnologiyalarının dəstəyi reallaşdırılıb. Birinci texnologiya ekranda əks olunan görüntüdəki kölgələrin keyfiyyətlərini yaxşılaşdırır. İkinci texnologiya isə təsvir yenilənməsinin dinamik dəyişimini dəstəkləyən monitorların ekranlarında hərəkət zamanı obyektlərin bulanıq effektlərinin aşağı salınmasına hədəflənib. ASUS-un bu yeni monitoru özündə HDMI 2.0, DisplayPort 1.4, USB-C girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. ASUS ROG Strix XG27ACG-nin nə zaman və hansı qiymətə satışa çıxacağı barəsində hələ heç bir məlumat verilməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    ASUS ROG Ally X portativ oyun konsolunun texniki imkanları və satış qiyməti açıqlanıb
    asus-rog-ally-x-portativ-oyun-konsolunun-texniki-imkanlari-ve-satis-qiymeti-aciqlanib
    ASUS ROG Ally portativ oyun konsolunun yenilənmiş versiyası təqdimata hazırlaşır
    asus-rog-ally-portativ-oyun-konsolunun-yenilenmis-versiyasi-teqdimata-hazirlasir
    Media kontenlərlə çalışmaq üçün nəzərdə tutulmuş ASUS ProArt PA34VCNV monitoru təqdim olunub - QİYMƏTİ
    media-kontenlerle-calismaq-ucun-nezerde-tutulmus-asus-proart-pa34vcnv-monitoru-teqdim-olunub-qiymeti
    ASUS TUF Gaming VG27VQ3B gaming monitoru təqdim edilib
    asus-tuf-gaming-vg27vq3b-gaming-monitoru-teqdim-edilib
    Kompakt ölçülü ASUS ROG Iceblade X kompüteri təqdim edilib - QİYMƏTİ
    kompakt-olculu-asus-rog-iceblade-x-komputeri-teqdim-edilib-qiymeti