
ASUS ROG Strix XG27ACMS gaming monitoru təqdim edilib
ASUS şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru ASUS ROG Strix XG27ACMS adlanır. Beləliklə bu yeni monitor 320 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 27 düym ölçülü Fast IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 500 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran 10 bit-lik rəngləri dəstəkləyir və sRGB rəng diapazonunun 130%-ni, DCI-P3 rəng diapazonunun isə 94%-ni əhatə edir. Monitor özündə FreeSync Premium və NVIDIA G-SYNC texnologiyalarının dəstəklərini birləşdirir. Monitor DisplayPort 1.4, HDMI 2.1, USB-C girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi əldə edib. ASUS ROG Strix XG27ACMS-in nə zaman və hansı qiymətə satışa çıxacağı açıqlanmayıb.

Paylaş