main-post-cover

    ASUS ROG Strix XG27AQDMG gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    21.05.2024
    Emil Nəcəfov
         ASUS şirkəti özünün ROG brendi altında yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru ASUS ROG Strix XG27AQDMG adlanır. Beləliklə bu yeni gaming monitor 240 Hz-lik təsvir yenilənməsinə sahib 2560х1440 piksel keyfiyyətli 26.5 düym ölçülü WOLED ekranla təchiz olunub. WOLED dedikdə OLED-in təkmilləşdirilmiş versiyası nəzərdə tutulur. Bu ekran texnologiyası çərçivəsində hər bir pikselə əlavə ağ subpiksel əlavə edilir. Bu isə öz növbəsində ekranın yanması halının qarşısını almalıdır. Qeyd etmək lazımdır ki, ASUS ROG Strix XG27AQDMG üstəlik radiator soyutma sisteminə də sahibdir. Monitorun ekranı DCI-P3 rəng diapazonunun 99%-ni əhatə edir və NVIDIA G-Sync texnologiyasını dəstəkləyir. Monitor özündə HDMI 2.1 DisplayPort 1.4 girişlərini birləşdirir. ASUS ROG Strix XG27AQDMG artıq satışa çıxıb və onun qiyməti 620$ təşkil edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    ASUS ZenScreen OLED MQ16AHE adlı yeni portativ monitor təqdim edilib
    asus-zenscreen-oled-mq16ahe-adli-yeni-portativ-monitor-teqdim-edilib
    ASUS ROG Strix XG27ACG gaming monitoru təqdim olunub
    asus-rog-strix-xg27acg-gaming-monitoru-teqdim-olunub
    ASUS ROG Ally X portativ oyun konsolunun texniki imkanları və satış qiyməti açıqlanıb
    asus-rog-ally-x-portativ-oyun-konsolunun-texniki-imkanlari-ve-satis-qiymeti-aciqlanib
    ASUS ROG Ally portativ oyun konsolunun yenilənmiş versiyası təqdimata hazırlaşır
    asus-rog-ally-portativ-oyun-konsolunun-yenilenmis-versiyasi-teqdimata-hazirlasir
    Media kontenlərlə çalışmaq üçün nəzərdə tutulmuş ASUS ProArt PA34VCNV monitoru təqdim olunub - QİYMƏTİ
    media-kontenlerle-calismaq-ucun-nezerde-tutulmus-asus-proart-pa34vcnv-monitoru-teqdim-olunub-qiymeti