
ASUS ROG Strix XG27UCS gaming monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
19.03.2024
Emil
ASUS şirkəti özünün ROG seriyasının yeni gaming monitorunu təqdim edib. Monitor ASUS ROG Strix XG27UCS adlanır. Beləliklə bu yeni gaming monitor 160 Hz-lik təsvir yenilənməsinə sahib 4K keyfiyyətli 27 düym Fast IPS ekranla təchiz olunub. Ekran DisplayHDR 400 sertifikatına sahibdir və G-Sync texnologiyasını dəstəkləyir. O, DCI-P3 rəng diapazonunun 95%-ni əhatə edir və üstəlik 16.7 milyon rəngi əks etdirə bilir. Monitor özündə HDMI 2.0, DisplayPort 1.4 və USB-C girişlərini birləşdirir. ASUS ROG Strix XG27UCS yaxın zamanda satışa çıxacaq və onun qiyməti 450$ təşkil edəcək.

Paylaş
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
