
ASUS ROG Strix XG27WCS gaming monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
27.03.2024
Emil
ASUS şirkəti özünün ROG Strix adlı monitor seriyasını genişləndirməkdə davam edir. Belə ki, şirkət sözügedən monitor seriyasında yeni modeli təqdim edib. Yeni monitor ASUS ROG Strix XG27WCS adlanır. Bu yeni monitor 180 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli 27 düym Fast VA ekranla təchiz olunub. Ekran DisplayHDR 400 sertifikatına sahibdir və o, DCI-P3 rəng diapazonunun 95%-ni əhatə edir. Üstəlik ekran AMD FreeSync və ASUS Extreme Low Motion Blur Sync texnologiyalarının dəstəklərinə sahibdir. Monitor özündə USB Type-C və HDMI 2.0 girişlərini birləşdirir. ASUS ROG Strix XG27WCS artıq Çində satışa çıxıb və onun qiyməti 250$ təşkil edir. Monitorun qlobal bazarda satılıb-satılmayacağı bilinmir.

Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
