main-post-cover

    ASUS ROG Swift OLED PG27AQDP gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    22.08.2024
    Emil Nəcəfov
         ASUS şirkəti özünün ROG brendi altında yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru ASUS ROG Swift OLED PG27AQDP adlanır. Beləliklə bu yeni monitor 480 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 27 düym ölçülü OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 450 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.03 millisaniyə təşkil edir. Ekran 10 bit-lik rəngləri dəstəkləyir və sRGB rəng diapazonunun 135%-ni, DCI-P3 rəng diapazonunun isə 99%-ni əhatə edir. Ekran həmçinin NVIDIA G-SYNC texnologiyasının dəstəyinə sahibdir. Monitor özündə HDMI 2.1 DisplayPort 1.4 girişlərini birləşdirir. ASUS ROG Swift OLED PG27AQDP 11 sentyabr tarixində satışa çıxacaq. Onun ABŞ bazarında qiyməti 999$, Avropa bazarında qiyməti isə 1099 avro təşkil edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    dim ASUS Zenbook 16 Air noutbuku təqdim edilib - QİYMƏTİ
    asus-zenbook-16-air-noutbuku-te
    ASUS performanslı AMD prosessorlu yeni monoblokunu təqdim edib
    asus-performansli-amd-prosessorlu-yeni-monoblokunu-teqdim-edib
    ASUS ProArt 13 (2024) noutbuku təqdim edilib - QİYMƏTİ
    asus-proart-13-2024-noutbuku-teqdim-edilib-qiymeti
    ASUS VivoWatch 6 smart saatı təqdim edilib - QİYMƏTİ
    asus-vivowatch-6-smart-saati-teqdim-edilib-qiymeti
    ASUS TUF Gaming VG27VQM1B adlı yeni gaming monitor təqdim edilib
    asus-tuf-gaming-vg27vqm1b-adli-yeni-gaming-monitor-teqdim-edilib