
ASUS ROG Swift OLED PG27UCDM gaming monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
18.02.2025
Emil
ASUS şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni monitoru ASUS ROG Swift OLED PG27UCDM adlanır. Beləliklə bu yeni monitor 240 Hz-lik təsvir yenilənməsinən sahib 4K keyfiyyətli 27 düym ölçülü QD-OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.03 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 145%-ni əhatə edir. Monitor özündə AMD FreeSync Premium Pro və NVIDIA G-Sync texnologiyalarının dəstəklərini birləşdirir. Monitor HDMI 2.1 və USB-C girişlərini əldə edib. USB-C girişi vasitəsilə digər cihazları şarj etmək mümkündür. Bunun üçün o, 90 vatt çıxış gücünə sahibdir. ASUS ROG Swift OLED PG27UCDM artıq satışa çıxıb və onun qiyməti 1200$ təşkil edir.

Mənbə: ASUS
Paylaş
Ən çox oxunanlar

560 işıq ili uzaqlığında potensial su dünyası kəşf edilib
