
ASUS ROG Swift OLED PG32UCDMR gaming monitoru təqdim edilib
ASUS şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru ASUS ROG Swift OLED PG32UCDMR adlanır. Beləliklə bu yeni monitor 240 Hz-lik təsvir yenilənməsinə sahib 3840x2160 piksel keyfiyyətli 32 düym ölçülü QD-OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.03 millisaniyə təşkil edir. Ekran DCI-P3 rəng diapazonunun 99%-ni əhatə edir. Monitor DisplayPort 2.1, HDMI 2.1 girişlərini və USB hub-ı əldə edib. ASUS ROG Swift OLED PG32UCDMR-in nə zaman və hansı qiymətə satışa çıxacağı açıqlanmayıb.

Paylaş