Logo
    main-post-cover

    ASUS ROG Swift OLED PG49WCD gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    01.02.2024
    Emil
         ASUS şirkəti Avropa bazarında özünün ROG seriyasının yeni gaming monitorunu təqdim edib. Təqdim edilmiş yeni monitor ASUS ROG Swift OLED PG49WCD adını əldə edib. Beləliklə əyilmiş dizaynda reallaşdırılmış bu yeni gaming monitor 144 Hz-lik təsvir yenilənməsinə sahib 5120x1440 piksel keyfiyyətli 49 düym OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit təşkil edir və AMD FreeSync Premium Pro texnologiyasını dəstəkləyir. Ekran DCI-P3 rəng diapazonunun 99%-ni əhatə edir və DisplayHDR True Black 400 dəstəyinə sahibdir. Monitor özündə HDMI 2.1, DisplayPort 1.4 USB-C girişlərini birləşdirir. ASUS ROG Swift OLED PG49WCD Avropa bazarında 1500 avro qiymətində satışa çıxıb.
    Paylaş