main-post-cover

    ASUS ROG Zephyrus G16 (2024) gaming noutbuku təqdim edilib

    Cihazlar+
    05.06.2024
    Emil Nəcəfov
         ASUS şirkəti özünün ROG brendi altında yeni gaming noutbukunu təqdim edib. Şirkətin yeni gaming noutbuku ASUS ROG Zephyrus G16 (2024) adlanır. Bu yeni gaming noutbuku öz xarici görünüşü mövzusunda digər gaming noutbuklardan çox fərqlənir. Belə ki, ilk baxışdan ASUS ROG Zephyrus G16 (2024)-ü gaming noutbuk adlandırmaq olmaz. O, daha çox ofis işləri üçün nəzərdə tutulmuş noutbuka bənzəyir. Beləliklə bu yeni gaming noutbuk 240 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1600 piksel keyfiyyətli 16 düym ölçülü OLED ekranla təchiz olunub. Ekran NVIDIA G-SYNCDolby Vision texnologiyalarını dəstəkləyir və DCI-P3 rəng diapazonunun 100%-ni əhatə edir. Ekranın istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.2 millisaniyə təşkil edir.
         Noutbukun gövdəsi alüminium materialdan hazırlanıb. Onun çəkisi 1.85 kq təşkil edir. ASUS ROG Zephyrus G16 (2024) AMD Ryzen AI 9 HX 370 prosessoru vasitəsilə çalışır və özündə NVIDIA GeForce RTX 4070 videokartını birləşdirir. Noutbuk 32 GB-a kimi LPDDR5X-7500 standartlı RAM 4 TB-a kimi SSD ilə təchiz olunub. Noutbukun soyutma sistemi qismində ROG Intelligent Cooling adlı sistem çıxış edir. Bu sistem maye metaldan təşkil edilmiş termointerfeysə, istilik borularına və 3 ədəd pərə sahibdir. ASUS ROG Zephyrus G16 (2024) özündə HDMI 2.1, USB 3.2 Gen 2 Type-A, USB 4 Type-C girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. Noutbukun batareya həcmi 90 vatt saat təşkil edir. ASUS ROG Zephyrus G16 (2024)-ün nə zaman və hansı qiymətə satışa çıxacağı açıqlanmayıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    ASUS ROG Ally X portativ oyun konsolu təqdim edilib - QİYMƏTİ
    asus-rog-ally-x-portativ-oyun-konsolu-teqdim-edilib-qiymeti
    ASUS ROG Ally X portativ oyun konsolu barəsində yeni təfərrüatlar ortaya çıxıb
    asus-rog-ally-x-portativ-oyun-konsolu-baresinde-yeni-teferruatlar-ortaya-cixib
    ASUS Snapdragon X Elite prosessoru vasitəsilə çalışan ilk noutbukunu təqdim - QİYMƏTİ
    asus-snapdragon-x-elite-prosessoru-vasitesile-calisan-ilk-noutbukunu-teqdim-qiymeti
    ASUS ROG Strix XG27AQDMG gaming monitoru təqdim edilib - QİYMƏTİ
    asus-rog-strix-xg27aqdmg-gaming-monitoru-teqdim-edilib-qiymeti
    ASUS ZenScreen OLED MQ16AHE adlı yeni portativ monitor təqdim edilib
    asus-zenscreen-oled-mq16ahe-adli-yeni-portativ-monitor-teqdim-edilib