
ASUS ROG Zephyrus X gaming monitoru təqdim edilib - QİYMƏTİ
ASUS şirkəti öz yeni flaqman gaming monitorunu təqdim edib. Şirkətin bu yeni gaming monitoru ASUS ROG Zephyrus X adlanır. Beləliklə bu yeni monitor 330 Hz-lik təsvir yenilənməsinə sahib 3840x2160 piksel keyfiyyətli 31.5 düym ölçülü QD-OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.03 millisaniyə təşkil edir. Ekran 10 bit-lik rəngləri dəstəkləyir və DCI-P3 rəng diapazonunun 99%-ni əhatə edir. Monitor özündə AMD FreeSync Premium Pro və NVIDIA G-Sync texnologiyalarının dəstəklərini birləşdirir. Monitor HDMI 2.1, DisplayPort 1.4, USB-C girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi əldə edib. ASUS ROG Zephyrus X artıq Çində satışa çıxıb və onun qiyməti 838$ təşkil edir. Monitorun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.

Paylaş