
ASUS Snapdragon X Elite prosessoru vasitəsilə çalışan ilk noutbukunu təqdim - QİYMƏTİ
Cihazlar+
21.05.2024
Emil
ASUS şirkəti Snapdragon X Elite desktop prosessoru vasitəsilə çalışan ilk noutbukunu təqdim edib. Söhbət, ASUS Vivobook S 15-dən gedir. Beləliklə ASUS-un bu yeni noutbuku 120 Hz-lik təsvir yenilənməsinə sahib 3K keyfiyyətli 15.6 düym OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 600 nit təşkil edir və o, DCI-P3 rəng diapazonunun 100%-ni əhatə edir. Əvvəldə də qeyd edildiyi kimi noutbuk Snapdragon X Elite prosessoru vasitəsilə çalışır.

ASUS Vivobook S 15 özündə LPDDR5X-8448 standartlı 32 GB RAM-ı və 1 TB-a kimi SSD-ni birləşdirir. Noutbukun qalınlığı 14.7 mm, çəkisi isə 1.42 kq təşkil edir. Üstəlik noutbukun klaviaturası RGB işıqlandırmaya sahibdir. Onun batareya həcmi 70 vatt saat təşkil edir. ASUS Vivobook S 15 Wi-Fi 7 və Bluetooth 5.4 texnologiyalarını dəstəkləyir. Noutbuk özündə USB 4.0, USB-A, HDMI 2.1 girişlərini və microSD kart girişini birləşdirir. ASUS Vivobook S 15 artıq satışa çıxıb və onun qiyməti 1300$-dan start götürür.

Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
