
ASUS TUF Gaming 5 VG34WQML5A gaming monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
04.06.2025
Emil
ASUS şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru ASUS TUF Gaming 5 VG34WQML5A adlanır. Beləliklə bu yeni monitor 250 Hz-lik təsvir yenilənməsinə sahib 3440x1440 piksel keyfiyyətli 34 düym ölçülü VA ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.5 millisaniyə təşkil edir. Ekran DCI-P3 rəng diapazonunun 95%-ni əhatə edir. Monitor özündə AMD FreeSync Premium Pro texnologiyasının dəstəyini birləşdirir. Monitor DisplayPort 1.4, HDMI 2.1, USB-A girişlərini, naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi və 2 ədəd səsgücləndiricini əldə edib. ASUS TUF Gaming 5 VG34WQML5A artıq Çində satışa çıxıb və onun qiyməti 250$ təşkil edir. Monitorun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.

Paylaş
Ən çox oxunanlar

Starship-in gələn il Marsa göndərilməsi ehtimalı 50% təşkil edir
