Logo
    ASUS TUF Gaming A18 gaming noutbuku təqdim edilib

    ASUS TUF Gaming A18 gaming noutbuku təqdim edilib

    Cihazlar+
    09.01.2025
         ASUS öz yeni gaming noutbukunu təqdim edib. Şirkətin yeni gaming noutbuku ASUS TUF Gaming A18 adlanır. Beləliklə bu yeni noutbuk 240 Hz-lik təsvir yenilənməsinə sahib 2560х1600 piksel keyfiyyətli 18 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 500 nit təşkil edir və o, DCI-P3 rəng diapazonunun 100%-ni əhatə edir. Üstəlik ekran NVIDIA G-Sync texnologiyasının dəstəyinə sahibdir. Noutbukun əsas fərqləndirici özəlliklərindən biri də odur ki, onun qapağını 180 dərəcə əymək olar. ASUS TUF Gaming A18 iki versiyada təqdim edilib.
         Birinci versiya 8 nüvəli AMD Ryzen 7 260 prosessoru vasitəsilə, ikinci versiya isə 24 nüvəli Intel Core Ultra 9 275HX prosessoru vasitəsilə çalışır. Qrafik imkanlardan 8 GB VRAM-a sahib NIVIDIA GeForce RTX 5070 videokartı cavabdehdir. Bundan əlavə olaraq noutbuk özündə 32 GB-a kimi RAM-ı və 2 TB-a kimi SSD-ni birləşdirir. Noutbukun batareya həcmi isə 90 vatt-saat təşkil edir. ASUS TUF Gaming A18 özündə HDMI 2.1, USB 2.0 Type-A, USB 3.2 Gen 2 Type-A, USB 3.2 Gen 2 Type-CUSB 4 Type-C girişlərini birləşdirir. Noutbukun nə zaman və hansı qiymətə satışa çıxacağı açıqlanmayıb.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    ASUS TUF Gaming A18 gaming noutbuku təqdim edilib