
ASUS TUF Gaming VG277QY1A monitoru təqdim edilib
ASUS şirkəti özünün TUF Gaming seriyasının yeni monitorunu təqdim edib. Təqdim edilmiş yeni gaming monitor ASUS TUF Gaming VG277QY1A adlanır. Beləliklə bu yeni monitor 165 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1080 piksel keyfiyyətli 27 düym VA ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 350 nit təşkil edir və o, Adaptive-Sync ilə AMD FreeSync Premium texnologiyalarını dəstəkləyir. Monitor özündə 2 vatt gücündə iki ədəd səsgücləndiricini və HDMI 1.4 ilə DisplayPort 1.2 girişlərini birləşdirir. ASUS TUF Gaming VG277QY1A-nın nə zaman və hansı qiymətə satışa çıxacağı daha sonra açıqlanacaq.

Paylaş