Logo
    main-post-cover

    ASUS TUF Gaming VG27AQ3AZ gaming monitoru təqdim edilib

    Cihazlar+
    25.02.2025
    Emil
         ASUS şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru TUF Gaming VG27AQ3AZ adlanır. Beləliklə bu yeni monitor 180 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 27 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 250 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 130%-ni əhatə edir. Monitor özündə AMD FreeSync Premium NVIDIA G-SYNC texnologiyalarının dəstəklərini birləşdirir. Monitor DisplayPort 1.4, HDMI 2.0 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi əldə edib. ASUS TUF Gaming VG27AQ3AZ-ın nə zaman və hansı qiymətə satışa çıxacağı açıqlanmayıb.
    Paylaş