
ASUS TUF Gaming VG27AQML5A monitoru təqdim edilib - QİYMƏTİ
ASUS şirkəti yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru ASUS TUF Gaming VG27AQML5A adlanır. Beləliklə bu yeni monitor 300 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 27 düym ölçülü Fast IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.3 millisaniyə təşkil edir. Ekran DCI-P3 rəng diapazonunun 95%-ni əhatə edir. Monitor özündə AMD FreeSync Premium və NVIDIA G-Sync texnologiyalarının dəstəklərini birləşdirir. Monitor DisplayPort 1.4, HDMI 2.1 girişlərini əldə edib. ASUS TUF Gaming VG27AQML5A artıq satışa çıxıb və onun qiyməti 409 avro təşkil edir.

Paylaş