
ASUS TUF Gaming VG27VQ3B gaming monitoru təqdim edilib
Cihazlar+
09.04.2024
Farid
ASUS şirkəti özünün TUF Gaming monitor seriyasının yeni modelini təqdim edib. Yeni model ASUS TUF Gaming VG27VQ3B adlanır. Beləliklə ASUS-un sözügedən yeni monitoru 180 Hz-lik təsvir yenilənməsinə sahib Full HD keyfiyyətli 27 düym Fast VA ekranla təchiz olunub. Ekranın parlaqlıq səviyyəsi 250 nit təşkil edir. Ekran AMD FreeSync texnologiyasını dəstəkləyir və DCI-P3 rəng diapazonunun 90%-ni əhatə edir. Monitor özündə HDMI 2.0 və DisplayPort 1.2 girişlərini birləşdirir. Üstəlik monitora 2 vatt gücündə iki ədəd səsgücləndirici quraşdırılıb. ASUS TUF Gaming VG27VQ3B-nin nə zaman və hansı qiymətə satışa çıxacağı bilinmir.

Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
