main-post-cover

    ASUS TUF Gaming VG27VQM1B adlı yeni gaming monitor təqdim edilib

    Cihazlar+
    11.06.2024
    Farid Pardashunas
         ASUS şirkəti qlobal bazarda özünün TUF brendi altında yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru ASUS TUF Gaming VG27VQM1B adlanır. Beləliklə bu yeni gaming monitor 280 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1080 piksel keyfiyyətli 27 düym Fast VA ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 250 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran 10 bit-lik rəngləri dəstəkləyir və DCI-P3 rəng diapazonunun 90%-ni əhatə edir. Qeyd etmək lazımdır ki, monitorun gövdəsi bir qədər əyilmiş dizaynda hazırlanıb. ASUS TUF Gaming VG27VQM1B özündə HDMI 2.0, DisplayPort 1.2 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. Monitorun nə zaman və hansı qiymətə satışa çıxacağı barəsində bir məlumat verilməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    ASUS qatlana bilən iki ekranlı portativ monitorunu təqdim edib
    asus-qatlana-bilen-iki-ekranli-portativ-monitorunu-teqdim-edib
    ASUS ROG Zephyrus G16 (2024) gaming noutbuku təqdim edilib
    asus-rog-zephyrus-g16-2024-gaming-noutbuku-teqdim-edilib
    ASUS ROG Ally X portativ oyun konsolu təqdim edilib - QİYMƏTİ
    asus-rog-ally-x-portativ-oyun-konsolu-teqdim-edilib-qiymeti
    ASUS ROG Ally X portativ oyun konsolu barəsində yeni təfərrüatlar ortaya çıxıb
    asus-rog-ally-x-portativ-oyun-konsolu-baresinde-yeni-teferruatlar-ortaya-cixib
    ASUS Snapdragon X Elite prosessoru vasitəsilə çalışan ilk noutbukunu təqdim - QİYMƏTİ
    asus-snapdragon-x-elite-prosessoru-vasitesile-calisan-ilk-noutbukunu-teqdim-qiymeti