Logo
    main-post-cover

    ASUS-un yeni gaming noutbuku Geekbench testlərindən keçib

    Cihazlar+
    30.12.2023
    Emil
         ASUS şirkəti TUF Gaming F16 adlı yeni gaming noutbukunun təqdimatına hazırlaşır. İndi isə məlum olub ki, sözügedən noutbuk Geekbench testlərindən keçib. Bunun sayəsində noutbukun bəzi texniki imkanları məlum olub. Beləliklə Geekbench-in məlumatlar bazasına əsasən ASUS TUF Gaming F16 noutbuku 24 nüvəli Intel Core i9-14900HX prosessoru vasitəsilə çalışacaq və özündə 16 GB RAM-ı birləşdirəcək. Noutbuk Geekbench-in bir nüvəli testi çərçivəsində 2876 xal, çox nüvəli testi çərçivəsində isə 14005 xal toplayıb. Bu yeni gaming noutbuku gələn ay baş tutacaq CES 2024 sərgisində təqdim olunmalıdır.
    Paylaş