Logo
    main-post-cover

    ASUS V16 (V3607) gaming noutbuku təqdim edilib

    Cihazlar+
    23.12.2024
    Emil
         ASUS şirkəti öz yeni gaming noutbukunu təqdim edib. Şirkətin yeni gaming noutbuku ASUS V16 (V3607) adlanır. Beləliklə bu noutbuk 144 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1080 piksel keyfiyyətli 16 düym ölçülü IPS ekranla təchiz olunub. Noutbukda ekran gövdə nisbəti 89% təşkil edir. Üstəlik onun gövdəsi MIL-STD-810H hərbi standartının tələblərinə cavab verir. Noutbukun soyutma sistemi qismində 2 ədəd pər və istilik boruları çıxış edirlər. ASUS V16 (V3607) noutbuku Intel Core 7 prosessoru vasitəsilə çalışır və GeForce RTX 4050 Laptop videokartını əldə edib. Noutbuk özündə DDR5 standartlı 32 GB-a kimi RAM-ı birləşdirir. Batareyaya gəldikdə isə noutbuk 63 vatt-saat həcmli batareya ilə təchiz olunub. ASUS V16 (V3607)-nin hansı qiymətə və nə zaman satışa çıxacağı açıqlanmayıb.
    Paylaş