Logo
    main-post-cover

    ASUS VG249QM5A gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    22.07.2025
    Emil
         ASUS şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru ASUS VG249QM5A adlanır. Beləliklə bu yeni monitor 240 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1080 piksel keyfiyyətli 23.8 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 300 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.3 millisaniyə təşkil edir. Ekran 8 bit-lik rəngləri dəstəkləyir və sRGB rəng diapazonunun 99%-ni əhatə edir. Monitor özündə DisplayPort 1.4, HDMI 2.0 girişlərini, 2 vatt gücündə 2 ədəd səsgücləndiricini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. ASUS VG249QM5A artıq Çində satışa çıxıb və onun qiyməti 118$ təşkil edir. Monitorun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Paylaş