
ASUS VivoWatch 6 adlı yeni smart saatını hazırlayır
Cihazlar+
04.03.2024
Emil
ASUS şirkətinin yeni smart saat üzərində çalışdığı məlum olub. Belə ki, sözügedən smart saat Bluetooth SIG təşkilatının məlumatlar bazasında ortaya çıxıb. Bunun sayəsində smart saatın adı da bəlli olub. Belə ki, məlumatlar bazasına əsasən ASUS-un yeni smart saatı VivoWatch 6 adlanacaq. Bu smart saat keçən il təqdim edilmiş ASUS VivoWatch 5-in davamçısı olacaq. Sözügedən smart saatın Bluetooth SIG məlumatlar bazasında ortaya çıxması onun yaxın zamanda təqdim olunacağına işarə edir. ASUS VivoWatch 6-nın texniki göstəriciləri barəsində ətraflı bir məlumat yoxdur. Lakin onun AMOLED ekranla təchiz olunacağı güman edilir.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
