main-post-cover

    ASUS ZenBook 14 OLED (UX3405) noutbuku təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    15.12.2023
    Emil Nəcəfov
         ASUS şirkəti ZenBook 14 OLED (UX3405) adlı yeni noutbukunu təqdim edib. Sözügedən yeni noutbuk nazik metal gövdəyə, böyük həcmli yaddaşa və uzun müddət ərzində çalışma özəlliyinə sahibdir. Beləliklə ZenBook 14 OLED (UX3405) noutbuku 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD keyfiyyətli 14 düym ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 600 nit təşkil edir. Bununla yanaşı ekran DCI-P3 rəng diapazonunun 100%-ni əhatə edir.
         Əsas texniki göstəricilər baxımından noutbuk Core Ultra 7 155H prosessoru, Intel Arc qrafikası, 32 GB RAM 1 TB-lıq SSD ilə təchiz olunub. Noutbukun daha sadələşdirilmiş versiyası da var. Sadələşdirilmiş versiya Core Ultra 5 125H prosessoru, 8 GB RAM512 GB-lıq SSD ilə təchiz olunub. Noutbuk özündə Thunderbolt 4 (USB Type-C), HDMI 2.1 USB 3.2 Gen 1 (Type-A) girişlərini birləşdirir. Onun batareya həcmi isə 75 vatt saat təşkil edir. Şirkətin sözlərinə əsasən noutbuk bir dəfə şarj olunandan sonra 15 saat çalışa bilir. ASUS ZenBook 14 OLED (UX3405) gələn ilin əvvəlində satışa çıxacaq və onun qiyməti 1300$-dan start götürəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    ASUS ROG Phone 8 smartfonlarının yeni fotoları və texniki göstəriciləri ortaya çıxıb
    asus-rog-phone-8-smartfonlarinin-yeni-fotolari-ve-texniki-gostericileri-ortaya-cixib
    ASUS ROG Phone 8-in dizaynı ortaya çıxıb
    asus-rog-phone-8-in-dizayni-ortaya-cixib
    ASUS ROG Phone 8--in təqdimatı anons edilib
    asus-rog-phone-8-in-teqdimati-anons-edilib
    ASUS kompakt ölçülü smartfonların istehsalından imtina edə bilər
    asus-kompakt-olculu-smartfonlarin-istehsalindan-imtina-ede-biler
    ASUS ROG Phone 8 gaming smartfonunun ilk tizer fotosu təqdim edilib
    asus-rog-phone-8-gaming-smartfonunun-ilk-tizer-fotosu-teqdim-edilib