main-post-cover

    dim ASUS Zenbook 16 Air noutbuku təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    29.07.2024
    Emil Nəcəfov
         ASUS şirkəti öz yeni noutbukunu təqdim edib. Şirkətin yeni noutbuku ASUS Zenbook 16 Air adlanır. Bu yeni noutbuk AMD-nin Ryzen AI 9 HX370 adlı prosessoru hesabına yüksək performansı ilə seçilir. Beləliklə ASUS Zenbook 16 Air 120 Hz-lik təsvir yenilənməsinə sahib 2.8K keyfiyyətli 16 düym ölçülü OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 550 nit təşkil edir və o, 10 bit-lik rəngləri dəstəkləyir. Noutbukun gövdəsi keramik alüminiumdan hazırlanıb. Onun qalınlığı 1.1 sm, çəkisi isə 1.49 kq təşkil edir.
         Xəbərin əvvəlində də qeyd edildiyi kimi Zenbook 16 Air noutbuku AMD Ryzen AI 9 HX370 prosessoru vasitəsilə çalışır. Bu prosessor özündə Radeon 890M qrafikasını birləşdirir, onun neyron çipinin performansı isə 50 TOPS təşkil edir. Noutbuk LPDDR5X standartlı 32 GB-lıq RAM-ı və 1 TB-lıq SSD-ni əldə edib. Noutbukun batareya həcmi 78 vatt-saat təşkil edir. Məlumata əsasən Zenbook 16 Air 20 saata kimi video izləmə rejimində çalışa bilir. Noutbuk özündə USB4, USB-A, HDMI girişlərini, SD kart girişini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. ASUS Zenbook 16 Air artıq Çində 1792$ qiymətində satışa çıxıb. Onun digər regionlarda satılıb-satılmayacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    ASUS performanslı AMD prosessorlu yeni monoblokunu təqdim edib
    asus-performansli-amd-prosessorlu-yeni-monoblokunu-teqdim-edib
    ASUS ProArt 13 (2024) noutbuku təqdim edilib - QİYMƏTİ
    asus-proart-13-2024-noutbuku-teqdim-edilib-qiymeti
    ASUS VivoWatch 6 smart saatı təqdim edilib - QİYMƏTİ
    asus-vivowatch-6-smart-saati-teqdim-edilib-qiymeti
    ASUS TUF Gaming VG27VQM1B adlı yeni gaming monitor təqdim edilib
    asus-tuf-gaming-vg27vqm1b-adli-yeni-gaming-monitor-teqdim-edilib
    ASUS qatlana bilən iki ekranlı portativ monitorunu təqdim edib
    asus-qatlana-bilen-iki-ekranli-portativ-monitorunu-teqdim-edib