Logo
    main-post-cover

    ASUS Zenfone 11-in texniki göstəriciləri ortaya çıxıb

    Cihazlar+
    23.01.2024
    Emil
         Məlumdur ki, ASUS şirkəti hal-hazırda Zenfone 11 smartfonu üzərində çalışır. İndi isə Google Play Console-da sözügedən smartfon barəsində bəzi məlumatlar ortaya çıxıb. Beləliklə ortaya çıxmış məlumatlara əsasən sözügedən smartfon Qualcomm-un 8 nüvəli CPU-na və Adreno 830 qrafik çipinə sahib prosessoru vasitəsilə çalışacaq. Çox güman ki, söhbət, Snapdragon 8 Gen 4 prosessorundan gedir. Lakin daha öncəki məlumat sızıntılarında ASUS Zenfone 11-in Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacağı qeyd edilirdi. Bununla yanaşı ortaya çıxmış məlumatda qeyd edilib ki, smartfon 2400x1080 piksel keyfiyyətli ekrana, 16 GB-lıq RAM-a və Android 14 əməliyyat sisteminə sahib olacaq. ASUS Zenfone 11-in nə zaman təqdim olunacağı bilinmir.
    Paylaş