
ASUS Zenfone 11 Ultra artıq yaxın zamanda təqdim oluna bilər
Cihazlar+
08.02.2024
Emil
Artıq məlumdur ki, ASUS şirkəti Zenfone 11 Ultra flaqman smartfonunun təqdimatına hazırlaşır. Sözügedən smartfonun təqdimatı artıq çox yaxın ola bilər. Belə ki, insayderlərin vermiş olduqları məlumata əsasən ASUS şirkəti Zenfone 11 Ultra smartfonunu bu ayın sonunda baş tutacaq MWC 2024 sərgisi çərçivəsində təqdim edə bilər.
Əgər bu məlumat həqiqəti əks etdirirsə, deməli ASUS şirkəti yaxın günlərdə Zenfone 11 Ultra barəsində tizer materiallarını təqdim etməyə başlayacaq. Son məlumat sızıntılarına əsasən Zenfone 11 Ultra smartfonu 144 Hz-lik təsvir yenilənməsinə sahib 6.78 düym AMOLED ekranla təchiz olunacaq və Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı smartfonun özündə 50 MP + 13 MP + 32 MP üçlü arxa kameranı və 65 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareyanı birləşdirəcəyi gözlənilir.
Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
