
ASUS Zenfone 11 Ultra Geekbench testlərindən keçib
Cihazlar+
14.02.2024
Emil
Son günlərdə ASUS Zenfone 11 Ultra smartfonu barəsində daha çox məlumat ortaya çıxır. Bu isə onun yaxın zamanda təqdim olunacağına işarə edir. Bu dəfə məlum olub ki, Zenfone 11 Ultra smartfonu Geekbench testlərindən keçib. Bunun sayəsində smartfonun hansı prosessor vasitəsilə çalışacağı ortaya çıxıb. Beləliklə Geekbench məlumatlarına əsasən Zenfone 11 Ultra smartfonu Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 2226 xal, çox nüvəli testi çərçivəsində isə 6949 xal toplayıb.

Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
