
ASUS Zenfone 11 Ultra-nın render fotoları və texniki göstəriciləri ortaya çıxıblar
Cihazlar+
05.02.2024
Emil
Artıq dəfələrlə məlumat ortaya çıxıb ki, ASUS şirkəti Zenfone 11 Ultra smartfonu üzərində çalışır. İndi isə internetdə sözügedən smartfonun render fotoları və texniki göstəriciləri ortaya çıxıblar. Beləliklə ortaya çıxmış fotolara əsasən demək olar ki, Zenfone 11 Ultra xarici görünüşcə ASUS-un hal-hazırda aktual olan ROG Phone 8 smartfonuna bənzəyəcək. Smartfon yastı ekrana və üçlü arxa kameraya sahib olacaq. Texniki göstəricilər mövzusuna gəldikdə ortaya çıxmış məlumatlara əsasən Zenfone 11 Ultra smartfonu 144 Hz-lik təsvir yenilənməsinə sahib 6.78 düym AMOLED ekranla təchiz olunacaq və Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq.

Bununla yanaşı smartfon özündə 16 GB-a kimi RAM-ı və 512 GB-a kimi daxili yaddaş həcmini birləşdirəcək. Kameralar mövzusunda smartfon 50 MP + 13 MP + 32 MP üçlü arxa kameranı və 32 MP-lik ön kameranı əldə edəcək. Batareya həcmi məsələsində isə Zenfone 11 Ultra 65 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. O həmçinin 15 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasının dəstəyinə sahib olacaq. Smartfonun nə zaman təqdim olunacağı barəsində hələ heç bir məlumat yoxdur.


Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
