Logo
    main-post-cover

    ASUS Zenfone 11 Ultra-nın təqdimatı anons edilib

    Cihazlar+
    20.02.2024
    Emil
         Uzun müddət ərzində olmuş məlumat sızıntılarından sonra ASUS şirkəti sonunda Zenfone 11 Ultra flaqman smartfonunun təqdimatını anons edib. Məlum olub ki, sözügedən smartfonu MWC 2024 sərgisində gözləmək lazım deyil. Belə ki, ASUS Zenfone 11 Ultra 14 mart tarixində təqdim olunacaq. Son məlumat sızıntılarına əsasən smartfon 144 Hz-lik təsvir yenilənməsinə sahib 6.78 düym AMOLED ekranla təchiz olunacaq. Smartfonun Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacağı və özündə 16 GB-a kimi RAM-ı, 512 GB-a kimi daxili yaddaş həcmini, 50 MP + 13 MP + 32 MP üçlü arxa kameranı, 32 MP-lik ön kameranı və 65 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareyanı birləşdirəcəyi gözlənilir.
    Paylaş