main-post-cover

    ASUS Zenfone 11 Ultra-nın yeni keyfiyyətli render fotoları təqdim edilib

    Cihazlar+
    12.02.2024
    Emil Nəcəfov
         ASUS aktiv şəkildə Zenfone 11 Ultra smartfonunun təqdimatına hazırlaşır. İndi isə OnLeaks ləqəbəli məşhur insayder sözügedən smartfonun yeni render fotolarını təqdim edib. Təqdim edilmiş render fotolar Zenfone 11 Ultra barəsində daha öncə olmuş məlumat sızıntılarını təsdiqləyirlər. Belə ki, Zenfone 11 Ultra smartfonu xarici görünüşcə ASUS ROG Phone 8-ə bənzəyəcək və yastı ekranı əldə edəcək. Ekran üzərində dairəvi çıxıntı yerləşəcək. Arxa paneldən isə Zenfone 11 Ultra 3 ədəd kamera obyektivini əldə edəcək.
         Bununla yanaşı render fotolara əsasən smartfon 4 gövdə rəngində satışa çıxacaq. Son məlumat sızıntılarına əsasən Zenfone 11 Ultra smartfonu 144 Hz-lik təsvir yenilənməsinə sahib 6.78 düym AMOLED ekranla təchiz olunacaq və Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Smartfon özündə 50 MP + 13 MP + 32 MP üçlü arxa kameranı, 32 MP-lik ön kameranı və 65 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareyanı birləşdirməlidir. Zenfone 11 Ultra-nın bu ayın sonunda baş tutacaq MWC 2024 sərgisində təqdim olunacağı güman edilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Təqdimata hazırlaşan ASUS Zenfone 11 Ultra-nın yeni render fotoları təqdim edilib
    teqdimata-hazirlasan-asus-zenfone-11-ultra-nin-yeni-render-fotolari-teqdim-edilib
    ASUS Zenfone 11 Ultra artıq yaxın zamanda təqdim oluna bilər
    asus-zenfone-11-ultra-artiq-yaxin-zamanda-teqdim-oluna-biler
    ASUS ROG Strix XG259QNS gaming monitoru təqdim edilib
    asus-rog-strix-xg259qns-gaming-monitoru-teqdim-edilib
    ASUS Zenfone 11 Ultra-nın render fotoları və texniki göstəriciləri ortaya çıxıblar
    asus-zenfone-11-ultra-nin-render-fotolari-ve-texniki-gostericileri-ortaya-cixiblar
    ASUS ROG Swift OLED PG49WCD gaming monitoru təqdim edilib - QİYMƏTİ
    asus-rog-swift-oled-pg49wcd-gaming-monitoru-teqdim-edilib-qiymeti