
ASUS Zenfone 11 Ultra smartfonu sertifikatlaşdırmadan keçib
Cihazlar+
16.01.2024
Emil
ASUS şirkəti özünün Zenfone smartfon seriyasına daxil olacaq yeni smartfon üzərində çalışır. Hazırlanan yeni smartfon ASUS Zenfone 11 Ultra adını əldə edəcək. Smartfon artıq İndoneziyanın SDPPI adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında ortaya çıxıb. Smartfonun sertifikatlaşdırmadan keçməsi onun yaxın zamanda təqdim olunacağına işarə edir. Zenfone 10 ilə müqayisədə Zenfone 11 Ultra-nın daha böyük ölçülü ekrana sahib olacağı gözlənilir. Qeyd etmək lazımdır ki, Zenfone 10 smartfonu 5.92 düym ölçülü ekrana sahibdir. Bununla yanaşı Zenfone 11 Ultra Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışa bilər.
Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
