Logo
    main-post-cover

    ASUS Zenfone 11 Ultra təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    14.03.2024
    Emil
         ASUS şirkəti daha öncə də söz verdiyi kimi Zenfone 11 Ultra flaqman smartfonunu təqdim etdi. Bu yeni smartfon yanvar ayında təqdim edilmiş ASUS ROG Phone 8 Pro-nun faktiki olaraq kopyası hesab edilir. Zenfone 11 Ultra böyük ölçülü yastı ekranı, güclü flaqman prosessoru və böyük həcmli batareyanı əldə edib. Beləliklə Zenfone 11 Ultra 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 2400х1080 piksel keyfiyyətli 6.78 düym Samsung AMOLED ekranla təchiz olunub. Mobil oyunlarda ekranın təsvir yenilənməsi göstəricisini 144 Hz-ə yüksəltmək mümkündür. Ekranın maksimal parlaqlıq səviyyəsi isə 2500 nit təşkil edir. Üstəlik ekran Gorilla Glass Victus 2 qoruyucu şüşəsi ilə əhatə olunub.
         Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib. Smartfon üstəlik özündə stereo səsgücləndiriciləri və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. Zenfone 11 Ultra Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışır və özündə 12/16 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini birləşdirir. Kameralar mövzusunda smartfon 50 MP + 32 MP + 13 MP üçlü arxa kameranı və 32 MP-lik ön kameranı əldə edib. Batareyaya gəldikdə isə smartfon 65 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareyaya sahibdir. Smartfon üstəlik 15 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını da dəstəkləyir. Zenfone 11 Ultra qutudan Android 14 vasitəsilə çalışır. Smartfon yaxın zamanda satışa çıxacaq. 12 GB RAM-a və 256 GB yaddaşa sahib versiya 999 avroya, 16 GB RAM-a və 512 GB yaddaşa sahib versiya isə 1099 avroya satılacaq.
     
    Paylaş